CABİR QURBANOVUN Aşağdaki şeirinə nəzirə yazmışam birlikdə paylaşıram
,,,,,,OXUYUN,,,,,
.
Mən..amalı, əqidəsi hamar bir dost axtarıram,
Hər dinəndə istəməsin tumar, bir dost axtarıram.
Mənliyini, vijdanını beş-on manat uyutmasın,
Gözünə pərdə çəkməsin xumar, bir dost axtarıram.
.
Şığımasın quzğun kimi, caynağından leş qoxmasın,
Varlığından, kimliyindən nəm qoxmasın, yaş qoxmasın,
Üşüməyim kölgəsində ,qar qoxmasın, qış qoxmasın,
Hənirində, nəfəsində bahar bir dost axtarıram.
.
Könlüm açıq hər kimsəyə,bu ürəyim, bu da mənəm,
Tanrı verən hər cəfaya,hər cəbirə fəda mənəm,
Cabir..bilmirəm günahkar ya zamandı, yada mənəm,
Hislərimlə oynamasın qumar, bir dost axtarıram.
.
,,,
,,,,,,,,QOŞMA,,,,,,,,
Oyatmayın qoyun, dərdiylə yatsın,
Sinəsində dağı yatan adamam.
Dindirməyin yanar dilində aləm,
Dodağında ağı yatan adamam.
*.
Paslı qıfıllara çatmayır əlim,
Neylərəm o sonu, yoxsa əzəlim,
Geri dönmür ruhum, gəlmir əcəlim.
Solu ölü sağı yatan adamam.
*.
Dil deməklə gəlməz, Vətəndə bahar.
Sizin kimi çoxdu, burda günahgar,
Savadsiz Arzumaneylədi aşkar.
Torpaqında yağı yatan adamam.
..yeni..
Sən qədər gözəl vəfasız,
Bu dünyada görməmişəm.
Səndən sonra bircə gülüdə,
Gözlərimlə dərməmişəm.
*.
Ömrü nisyə xərcləmişəm,
Borca vermişəm günləri.
Indi aynalar önündə.
Sayıram saçda dənləri.
*.
Allah hasil edər yeqin,
Deyirmişsən niyyetim var.
Ona da bir qarğış eylə,
Sənsiz qalan bir yetim var.
*.
Diləsən ürəkdən dilə,
Bəlkə arzusuna çata.
Sən adlı əzabdan canı,
Dincələ rahat "yata"
Yeni şeir
.
Mənim arzularım yetim, kimsəsiz,
Sənin arzuların ata analı.
Mənim xəyallarım əli qanlıdı,
Sənin xəyalların əli xınalı.
*.
Beşiksiz körpədi mənim ürəyim,
Körpəsiz beşiyi neyləyəcəksən?
Ana laylasına həsrət qoyaraq,
Nə qədər körpəsiz yelləyəcəksən?
*.
Naməhrəm etmişəm özümə eşqi,
Vüsal haram deyib fəthva vermişəm.
Daha inanmiram iki aləmə,
Dünyanı cənnəti səndə görmüşəm.