Azacıq bir ümid vermədin mənə, Dedim, qoy xoş günlər yaşadım sənə, Nə sirdaş olmadın, nə də yar mənə, Nə dost ola bildik, nə də sevgili. Əlindən tutmaq da mənə bəs idi, Sevməyib bilmədin sevgi qədrini, Sevmək sənin üçün bir həvəs idi, Nə dost ola bildik, nə də sevgili. Bu məhəbbət nədir, heç bilirsənmi? Əzab çəkirsənmi, heç ölürsənmi? Axır ki, ayrıldıq bax görürsənmi? Nə dost ola bildik, nə də sevgili. İndi yad ellərdə məskən salmışıq, Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,Sanki bir-birimizi tanımamışıq, Nə dost ola bildik, nə də sevgili.. Mənli günlərini düşünmə anma Ağlımın ucunda gəlib dayanma Alışma boşuna alışma yanma Nə dost ola bildik, nə də sevgili.. Eşqin alovunda sevgi odunda Ömür çır