Bu surəni 13 dəfə oxuyan kəsin bütün duaları qəbul olar...
“Hud” surəsi Qurani-Kərimin 11-ci surəsidir və Məkkədə nazil olmuşdur. 123 ayəsi vardır. Hud (ə) o peyğəmbərin adıdır ki, Ad qəbiləsinə məbus olmuşdu.
Bu surənin fəziləti haqqında Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Hud” surəsini oxuyar, Həzrət Nuha (ə) iman gətirən və inkar edənlərin on bərabəri qədər, həmçinin Həzrət Hudun (ə), Salehin (ə), Şuəybin (ə), Lutun (ə), İbrahimin (ə), Musanın (ə) müxalifləri və tərəfdarlarının sayı qədər ona savab verilər və bu cür insan Qiyamət günü səadətlidir”. (Tebyan)
İmam Baqir (ə) buyurur: “Hər kim bu surəni hər cümə günü oxuyarsa, Allah Qiyamət günü (onu) peyğəmbərlərin zümrəsində məbus edər