AYRILIQ Ayrılıq yamandır, dözmək də olmur, Bu dərdi kimləsə bölmək də olmur, Süni gülüşlərlə yaşasam belə Yalandan xoşbəxtəm demək də olmur! ***** Nə vaxtsa ürəkdə bitsə də sözüm, Yenə də lal olub, susub yaşaram. Axan şəlaləyə dönsə də gözüm, Ətrafa sevincli gözlə baxaram! ***** Ayrılıq od olub düşdü canıma, Yerimi başqası mütləq tutacaq. Qəmginlik dost olub gəldi yanıma, Xoşbəxtlik qapımı bir yad açacaq! ***** Tək qalıb özümlə qaranlıqda mən, Zamanla kədəri unudacağam. Kövrək gözlərimi görməsin deyə, Yaşları gözümdə qurudacağam! ***** Günlər gələcəkdir, günlərdən gözəl, O gözəl günləri bəlkə görmədim. İllər dəyişəcək, illərdən gözəl, Ayrılıb həyatdan bəlkə görmədim!?