Sənsiz bu dünyada yaşamaq çətin,
Sənlə imiş sevgim, eşqim səadətim
Puç olubdur bu həyatda məhəbbətim,
Son nəfəsdir səsləyirəm yalnız səni
Yalvarıram gəl ölməyə qoyma məni .
Sellər sular tək çağladım,
Bu dünyada hey ağladım.
Can səhifəmi vərəqlədim,
Son nəfəsdir səsləyirəm yalnız səni
Yalvarıram gəl ölməyə qoyma məni.
Dayan getmə bir dön geri,
Səninlədir ürəyimin dərdi-səri.
Bir bölmüşəm axı sənlə xeyri-şəri
Son nəfəsdir səsləyirəm yalnız səni,
Yalvarıram gəl ölməyə qoyma məni.
Gör səndən nə diləyirəm,
Üzünü görmək istərəm.
Ağlayıb yaşlar tökərəm,
Son nəfəsdir səsləyirəm yalnız səni
Yalvarıram gəl ölməyə qoyma məni.
"Pərvanə"yəm dərdlilərə dərd yoldaşı,
Bu dünyada sən