Laçın şəhəri ermənilər tərəfindən işğal ediləndən sonra şəhəri tərk etməyib 20 gün ermənilərlə partizan döyüşləri aparan, əfsanəvi döyüşçü Şümşad Nadirovun xatirələrindən:
"Mülkü əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra, Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən və döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik ki, Laçın ərazisindən kəşfiyyat edərək məlumat toplayaq. Bu barədə Laçın polisinin komandiri Akif Səlimova danışdıqdan sonra, 10 günlük kəşfiyyat dövründə bütün lazım olan məlumatları topladıq. 11-ci gün 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən, bir xe