Bir dost ağacının budaqlarıydıq
İller bizden çox şey aldı elemi
Bizde cavanlığın qonaqlarıydıq
Uzaqdan bir salam qaldı elemi.?!
Men hemin mektebe gedirem hele
Dostlar çevresinde üz güle-güle
İşare edirem hemin dilbere
İlk sevgi şirindi,baldı elemi.?!
Toplanıb bir yerde qaçırıq dersden
Min mena tapırıq herbir hevesden
Boşuna canlanır fikrim ebesden
Yaşanan xeyali haldı elemi.?!
Xeyallar getirir xatirelerim
O mekteb, o dostlar, gözel illerim
Boşuna demirdi müellimlerim
Dünya keçdiyimiz yoldu elemi.?!
O hemin dostluqlar, o vefa, o hiss
O hörmet, etibar, o vicdan temiz
Bir üreyin parasıydıq heremiz
O açan çiçekler soldu elemi.?!
Bizleri terk edib yaşıyanların
Bizde imzasını daşıyanların
Gel
Nə qədərki gec deyil,gəl ayrılaq səninlə
Gör bizim sevgimizdə,neçəsinin gözü var
Alışmıyaq yanmıyaq,zaman keçər sönərik
Eşqki əbədi hisdi,kül altında közü var..!
Qoşsaq namə şeirlər,bir kitaba dönsəkdə
Qəzəllərdə car çəkib,eyni sirlə ölsəkdə
Dünyanın yaddaşına,sözümüzü hörsəkdə
Dünyanın bizə həran,deyilməmiş sözü var..!
Almısan xəyalına,denən hara gedirik
Bunun qayıtmağı var,biz gerçəyi bilirik
Biz bizim olmayanın,varlığını sevirik
Bunun xatirəsi var,yoxluğunun izi var..!
Bir şirin yuxudayıq,xülyaların qoynunda
Cığalbaz oyunçuyuq,məhəbbət oyununda
Son dəfə bir busə ver,qucaqlaşaq sonunda
Bu yuxudan oyanaq,ayrılığın sözü var
Bitməliydi bu gecə,başlıyan gündüzü var..!
Eltəkin Hümbət
Mən ŞƏHİDəm Azərbaycan
Can vermişəm vətən üçün
Öz qanımla müştəriyəm
Bayraq adlı kəfən üçün..!
Peyğəmbər dua oxuyur
Hər ŞƏHİD Cənnət qoxuyur
Eşqin özü eşq toxuyur
Eşq uğrunda ölən üçün..!
Səbəb budur axan qana
Vətən namus,Vətən Ana
Ləyaqət budur qanana
Qeyrət nədir bilən üçün..!
Muhammədindir vəsiyyət
Et Əhlibeytinə xidmət
Şəhadətdir ona fürsət
Hüseyni hər sevən üçün..!
Baş qaldıranlarıq zülmə
Qoymarıq torpaq bölünə
And içirəm öz dinimə
Həqiqəti görən üçün..!
Hər kişiyə olmaz qismət
Yoxdur ona heçbir nisbət
Cəsarətdi hər Şəhadət
Şərbətini içən üçün..!
Eltəkin Hümbət
Mən eşqin yolunda ölən diriyəm
Sənin sevdan daha hənüz doğulur
Mavi gözlərinə çox baxsa gözüm
Deyərlər dənizdə dəniz boğulur
İncitmə nə səni,nə məni gözəl
Kaş biləsən qəlbim yara dolu
Mən səni özümnən hara aparım
Mən getdiyim dərd əhlinin yoludu
Belke meni illerdi gözlüyürsən
Eşq günəşi ümid saçır bilirəm
Sən mənimlə yaşamaq istiyirsən
Zalım qızı mənki hergün ölürəm
Bir payızam ümidləri saralan
Min həsrətəm uzaqlardan yorulan
Səni qorumağa gücüm yetərmi
Yaralıyam kürəyindən vurulan
Mən öz gəncliyimi qurban etmişəm
Mənim gülüşümə qıyan illərə
Yorğun sətirlərə düzülüb dərdim
Hər insan bir dərdi çəkməz bir belə
Qoşul ağ buluda səmalarda gəz
Yağış ol səhralar həsrətin çəksin
Sənə lazımdımı
Ne ferqi sende qalsam,özümnen gedirem men
Seve-seve bu derdi,dözümnen gedirem men
Günahı özümdedi,sene inanan menem
İnandığın yalanın,üzünden gedirem men..!
Meni tanımadın heç,keşf eliye bilmedin
Gözümnen axan seni,eşq eliye bilmedin
Güldüm o gül üzüne,qeşş eliye bilmedin
Axır indi göz yaşın,gözünden gedirem men..!
Men ki mecnun deyilem,deli-divane olam
Şehanesen deye sen,niye virane olam
Sensen yolumu kesen,mene behane olan
Özüm cızdığım yolun,izinnen gedirem men..!
Meni anlamır heçkim,anlamazda bilirem
Yalan öz doğrusunu,danlamazda görürem
Yaşa yalanlarınla,men dürüstce ölürem
Puç olsada taleyim,düzümnen gedirem men..!
Görmedin deyerini,ey şerimin qadını
Her qadın göre bilmez,şeirimde