LAÇIN
Vaxt var idi, ağlayırdım sərasər,
Şükür bu günə ki, gülürəm, Laçın.
Nəinki, özündən ötrü inan mən,
Adından ötürü ölürəm, Laçın.
Sevincli-kədərli ünümsən mənim,
Həm dörd cəhətimsən, yönümsən mənim.
İnamım, imanım, dinimsən mənim,
Səni mən cənnətim bilirəm, Laçın.
Hər vaxt həsrətini çəkdim aranda,
Səni unutmadım, inan bir an da.
İmkanım olanda vallah hər anda,
Sənə ziyarətə gəlirəm, Laçın.
Sahibəm, mən sənin dağlar oğluyam,
Ürəkdən, mən candan sənə bağlıyam.
Otuz il sinəsi çarpaz dağlıyam,
Sevinclə yaramı dəlirəm, Laçın.
Sahib BöyükTuran.
Mələyim
Sən alnıma nə yatmışdın,
Sil silginlə poz,Mələyim
Bir də,mənim taleyimi,
Gəl yenidən yaz,Mələyim.
Düşünmədin məni qəti,
Yaşatdın pis aqibəti,
Bu yaşımda dərd,həsrəti,
Yaşamadım az,Mələyim.
Çox elədin talan ömrü,
Yaşadım bir yalan ömrü,
Hər zaman qəm çalan ömrü,
Et xoş şən ruhlu saz,Mələyim.
Höküm göstər,bir güc elə,
Ölməyiimi sən gec elə,
Baxım gülüm,qoy əcələ,
Biraz edim naz,Mələyim.
And verdim Allahımıza,
Rəhmin gəlsin ahımıza,
Qaytar milli ruhumuza,
Çox oynadıq caz,Mələyim.
Sahibə,et bir inayət,
Qoy ömrümü eləyim qət,
Necə edim müraciət,
Bilməm,oğlan,qız,Mələyim.
Sahib BöyükTuran
13.04.2024