Biz bawka dünyanın adamlarıyıq, Burax çıxım gedim ,aman günüdür. Uğursuz bir eşqin qurbanlarıyıq, Burax çıxım gedim,aman günüdür. Təkcə baxışında sönüb qalaram, Ömürlük qəlbində ölüb qalaram. Yanağında yaşa dönüb qalaram, Burax çıxım gedim,aman günüdür. Mənə çox öyrənmə,bil çətin olar, Yollara göz dikmək adətin olar, Ömürlük göz yaşı qismətin olar, Burax çıxım gedim,aman günüdür. Məhəbbət olammaz axı bu qədər, Sən məni göylərdə saxlama hədər, Əsiri hərdən də,azad edərlər, Burax çıxım gedim,aman günüdür. Biz səhv elədik nədə bilmirəm, Sən azad etsəndə gedə bilmirəm, Mən ki,səni xoşbəxt edə bilmirəm, Burax çıxım gedim,aman günüdür..