Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.
Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.
Sən-bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlan.
Bu ata könlümdə doğulmusan sən.
Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.
Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.
Bir səhər, bir günəş va
Gərək düşmənlərdən elə qorunam
Hörümçəklər kimi torum da ola
Sevgi əgər daxilindən gəlirsə
Sonacan get,sonu uçurum da ola
Sevincdən ağlamaq var,üzüntü yox
Mən pərvanə sən şəmimsən söndü yox
Yar yolunda,öldü vardır,döndü yox
Nə qədər çətinim,zorum da ola
Qal ömürlük ürəyimdə,sovuşma
Bəlkə axirətə qaldı qovuşma
Bu dunyada, nəyin vardır, soruşma
Kəfənim varmı ki,gorum da ola
Zülmətli gecəsən,səhərəm sənə
Eşqin bağçasında bəhərəm sənə
Çəkdiyin dağları çəkərəm sənə
Məni sevdiyimə peşman eyləmə
Vəfasızlar atıb,çıxıb gedərlər
Sevgisin yox, mənafeyin güdərlər
Düşmənə də hərdən rəhm edərlər
Məni sevdiyimə peşman eyləmə
Quruyan yaramı qaşıyıram mən
Bəs,sənsiz nə deyib yaşayıram mən
Başa düş bir ürək daşıyıram mən
Məni sevdiyimə peşman eyləmə
Bu ayrılıq sənin qəbahətindir
Mənim sevgim,sarsılmazdır,mətindir
Sevgim kimi,nifrətim də çətindir
Məni sevdiyimə peşman eyləmə