mahir m De niyə yanmadın sevən halıma, Qəst etdin sevərək mənim canıma. Desəm ki qayıt gəl yenə yanıma, Desəmdə faydası olmaz bilirəm. Bu necə sevgi idi anlamadım heç, Günahım olubsa günahımdan keç. Mənim olmadığım bir dünyanı seç, Artıq qəlbim səndə durmaz bilirəm, Həyat məni ayrı salıbdı səndən, De niyə ayrıldın sən axı məndən. Söylə ayrılarmı sevən sevəndən, Ürək artıq sənsiz vurmaz bilirəm. Səni gördüyüm gün kaş kor olaydım, Səni sevən kimi kaş unudaydım. Əzəl gündən eşqi kaş soyudaydım, Bu sevgimiz birdə sinməz bilirəm. Söylə ki sevgilim sən nə edirsən, Qəlbimə iz salıb hara gedirsən. Bilirəm hələ də məni sevirsən, Daha bu qəlb səni sevməz bilirəm. Çox asan sevmişdim, unutdum çətin, Üzü