Ustad Füruği: Aşura yolu
Eşq və məhəbbət, insanın sərmayəsi
Eşq ilə yaradılmışıq! Əhli-beytə (ə) olan eşq və məhəbbət bizi varlıq aləminə gətirmişdir. Peyğəmbər (s) və onun əhli-beytinə (ə) sevgi bizi yoxluqdan varlığa çevirmişdir.
Eşq mənzilinin yolçusuyuq, yoxluq aləmindən
Varliq aləminə tərəf bu qədər yol gəlmişik.
Bu aləmdə yüksək məqamlar əldə etmək üçün eşq bir sərmayədir. Əhli-beyt (ə) bizi bu məqamlara qaldırmaq üçün gəliblər.
İmam Sadiq (ə.s) buyurur:
"وَ لَوْ لَمْ يَكُنْ فِي الْأَرْضِ مُؤْمِنُونَ كَامِلُونَ إِذاً لَرَفَعَنَا اللَّهُ إِلَيْه"
Biz dostlarımıza xatir bu torpaqda düçar olmuşuq. ("Bihar əl-ənvar", c. 64, s. 351)
İmam Zaman (ə.c) bizə xatır bu torpaqda qalıb.
Eşq də
Ustad Füruği: Kərbəla səfərinin azuqəsi
Kərbəla səfərinə hazırlaşanların hamısına Allah Öz xüsusi tövfiqini inayət etsin. İnsanın ruhunun çiçəklənməsinə səbəb olan bu fürsətlərin qədrini bilmək lazımdır. “Fürsəti itirmək, qüssədir”. (Nəhcül-bəlağə, səh. 489) Hər kəs fürsəti tanımasa və onu əlindən çıxarsa, nəticəsi qüssə olacaq. Bu fürsətlərin qədrini bilən kəs yüksələcək. Çünki inayətlər fürsətlərdədir.
Bizə elə gəlir ki, çox qulaq asan və sözəbaxanıq. Ancaq belə deyil, dünya bizim başımızı çox qarışdırmışdır. Bəzən insan hər şeyi bir yana qoyaraq, xüsusi şəkildə qulaq asmalı və diqqət etməlidir. İnsan özünün çox ayıq olduğunu güman edir; ancaq bu fikir insanı öz məqsədindən saxlayır. Ayıq