Nə mənası var? Ureyim deyir ki, bir döz səbr elə. Amma ömür gedir, demir səbr elə. Cavanlıq əbədi qalmayir hələ. Guya qocalmagin, ne mənası var? Sepeleyib dərdi, duzdum vereqe. Ağlayıb yaşımı, süzdüm vərəqə. Baxıb öz dərdimə,güldüm vərəqə. Sənlə danışmağın, nə mənası var? Baxıb bu zamana, necə susasan? Varliya -kasıba , ne ad qoyasan? Əvvəl öz nəfsinin, qulu olarsan. Sonra qınanmağin,ne mənası var? Bezen tələsərək , qərar verərsən, Sonra peşman olub,altın çəkərsən, Qəlbində birini, əbədi sevərsən, Boşuna yanmagin, ne mənası var? Qaygisin çəkərsən, qayğısızların. Baxarsan gözünə ,yaş dolanlarin. Sağlığında hörmət,qoymayanlarin. Sonra ağlamağın, ne mənası var? Fərqi yoxdur cavan, ya qoca ölüm,