Yoxluğuma necə dözə bilərsən, Kövrəlib ağlarsan, yoxsa gülərsən. Mənsiz ömrün necə keçər görəsən? Kaş ki, o gününə baxa biləydim. Mənsiz arzulara çatarsanmı heç, Qəlbində rahatlıq taparsanmı heç. Bir gün xəyalıma yatarsanmı heç? Kaş ki, o gününə baxa biləydim. Özgə bir ürəyə satmadım səni, Aci kədərimə qatmadım səni. Necə yaşadarsan mənsiz-sən məni? Kaş ki, o gününə baxa biləydim. Can getsə də ruhum sənlə qalacaq, Öz təmiz eşqinə lal tək baxacaq. Sevinclə-qəminə şahid olacaq,Mensiz ömrünə baxa biləydim!