Həzrət Sadiq (ə) başqa yerdə buyurur: ""Əraf" surəsini qiraət edən - Qiyamət günü o kəslərdəndir ki, amanda olarlar".
"Əraf" surəsinin bərəkətləri:
1. Düşmənin və vəhşi heyvanın şərindən amanda qalmaq. Hər kim bu surəni gülab və ya zəfəranla yazar və özü ilə gəzdirərsə, bu yazı onunla olana qədər Allahın izni ilə heç bir vəhşi heyvan və düşmən ona yaxınlaşmaz.
2. Şeytanın qorxusundan. Əmirəl-möminin (ə) buyurur: "Hər kim gecəni məskənsiz səhrada keçirər, bu surənin 54-cü ayəsini oxusun, İlahi mələklər onu qoruyar və şeytanları ondan uzaqlaşdırar".
3. Gecə oyaq qalmaq. Hər kim bu surənin 54-56-cı ayəsini yatan zaman oxuyarsa, əgər Allahdan yuxusunun az olmasını istəyərsə, istədiyi hasil olar