Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa. Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir. Dindarlar deyir ki, görmədiyinə inan. Alimlər deyir ki, görmədiyinə inanma. Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır. Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı düşünün. Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır. MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al. Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir. Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir. Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş. Xeyriyyəçilər deyir ki, ömrün boyu başqalarına kömək elə. Eqoistlər deyir ki, ancaq özünü düşün.