Analarımız, gözəl analarımız...
Çayniki güllərin dibinə boşaldan, çay puçalının gübrə olduğuna inanan analarımız. Evdə iş qurtaranda böyük qazanlardakı yeməyi balaca qazanlara boşaldıb, özünə iş düzəldən analarımız. Hamı çay içəndən sonra çaydanda qalan suyu qrafinlərə boşaldan, qaynanmış suda mikroblar öldü düşünüb, ürəyi rahat olan analarımız.
Dövlət, şirkət işlərindən özünü evə yetirib, yorğun canı ilə yemək hazırlayan, salat doğrayan, süfrə açan, balaları yemək yedikcə canından yorğunluq çıxan fədakar analarımız...
Atalarımız bizi vurmaq istəyəndə bizi tutub yan otağa çəkən, guya özü döyəcəkmiş kimi teatr quran, yan otaqda bizə üz-gözünü əyib, yalandan ağlamaq səsi çıxarmağımıza işar