Bəzən olmayacağını bilə bilə ümid edərsən, bəlkə elə bir möcüzə olar ki,"olmaz" dediklərin olar, deyə ümid edib gözləyərsən. Birini "sevmək" var , bir də "SEVMƏK" var. yazılışı eyni olsa da mənaları tamam ayrıdır. "sevmək"kimisə çıxarlarına görə sevirsən, istifadə edirsən, sevildiyini zənn edən şəxsin hissləri əhəmiyyət kəsb etmir sənin üçün. Qəlbi qırılar, küsər, inciyər, onu itirərəm deyə bir qorxun olmur. Lakin "SEVMƏK" elə bir hissdir ki, onu tək bir cümlə ifadə edə bilməz.