Qaxıl otur evində,
Çıxma çölə,evdə qal..
Tədarükünü də gör,
Bir ay elə, evdə qal..
Virus dolaşır yaman,
Gedəcəkdi nə zaman?
Nə bir ümid, nə güman,
Yoxdur hələ, evdə qal..
Yığ başına külfəti,
Eylə şirin söhbəti,
Unut dərdi, möhnəti,
Deyə, gülə, evdə qal..
Yoxdusa ətdən, undan,
Narahat olma bundan,
Görməmişik acından,
Kimsə ölə, evdə qal..
Ramin, ağartma dişi,
Yada sal o təşvişi,
Səndə ol evdar kişi,
Bundan belə, evdə qal..
Ramin Əhmədoğlu...
Var ata sevgisi ana sevgisi,
Bu gün saçlarıma düşsə belə dən..
Məni bu dünyaya gətirənlərin,
Önündə diz çöküb baş əyirəm mən..
Qardaşa, bacıya olan sevgi var,
Mən də bu sevginin deyiləm acı..
Onlarsız bir günüm olmasın mənim,
Qardaş arxa-dayaq, bacı baş tacı..
Sevgi var evdəki xanıma qarşı,
Adi gülüşüylə xoşbəxt oluram..
Yanından yel ötsə heç düşünmədən,
Hər fədakarlığı gözə alıram..
Sevgi var oğula sevgi var qıza,
Hər iki oğlumla fəxr eyləyirəm..
Qızım olmasa da min bir həvəslə,
Qardaşım qızına, qızım deyirəm..
Nəhayət, bir də var vətən sevgisi,
Dar gündə dadına çata bilmədim..
Sən mənim ən saxta sevgimsən VƏTƏN,
Uğrunda ölərəm dedim, ölmədim..
Ramin Əhmədoğlu..
Bərk tut əllərimdən, bərk tut əzizim,
Gözlərin gözümün içinə baxsın..
Hərarət isitsin sevən qəlbləri,
Könüldən könülə duyğular axsın..
Bərk tut əllərimdən, duraq üz-üzə,,
Həzin pıçıltının sehrinə dalım..
Danış ürəyindən gəlib keçəni,
O incə səsindən mən ilham alım..
Bərk tut əllərimdən, gəzək eşq bağın,
Təzə şeir qoşum, nəğmə oxuyum..
İpək saçlarını sər sinəm üstə,
Sənə çiçəklərdən çələng toxuyum..
Bərk tut,əllərimdən əlini üzmə,
Qəlbin hər vurduqca nəbzini sayım..
Zərif əllərini alım ovcuma,
Xəfif sığal çəkim, öpüm, oxşayım..
Bərk tut əllərimdən, əl-ələ verib,
Birgə sinə gərək hicran, həsrətə..
Sevgimiz dillərdə dastana dönsün,
Daşıyaq bu eşqi əbədiyyətə..
Bərk tut əllərimdən,bərk tut
Heçmi darıxmayırsan,
Heçmi düşmürəm yada..
Mənki sənin uğruna
Ömrümü verdim bada..
Gözlərimin nurunu
Gözləməkdən itirdim..
Nə ki duyğularım var
Yığıb sənə gətirdim..
Bəlkə sənlə xoş anlar
Yaşayan mən deyildim?
O qulac tellərini
Oxşayan mən deyildim?
İndi bu nə soyuqluq,
Bu nə biganəlikdi??
Məgər bilmirsən həsrət
Necə bir ağır yükdü??
Tək qalanda xəyalım
Qonağındamı olmur?
Məni xatırladıqca
Gözlərindəmi dolmur??
...Bir ürəyim varıydı
Ona çıxmışdın yiyə..
İndi atıb üstümə
Çıxıb getmisən niyə??
Heçmi darıxmayırsan
Heçmi düşmürəm yada??
Ramin Əhmədoğlu