Ola-Olmaya.
Sən gəl gor eylə eşqim dəryadı,
Behişt də qismətim ola-olmaya.
Ellər cənazəmi qaldıran zaman,
Kiminsə gözləri dola-dolmaya.
********
Əcəlin əlləri qana batanda,
Fələk sapandına qoyub atanda.
Qardaş gəlib tabutuna çatanda,
Bir dəfə çiyninə ala-almaya.
*********
Dünyanın şöhrəti nəyinə gərək,
Vaxt gələr sinəndə dayanar ürək.
İllərlə nazını çəkdiyin mələk,
Bir dəfə qadanı ala almaya.
*********
Demirəm qoymayın daş üstə daşı,
Deyirəm arif ol, olma gəl naşı.
Ana tək, bacı tək ürək sirdaşı
Bir dəfə saçını yola-yolmaya.
**********
Şəhriyar çox sirri açıq eyləmə.
Köç bu yalan dünyada karvan əyləmə.
Övlada da o qədər ümid eyləmə,
Q