Zaman ötüb,günün yetib. Daha bəsdi,vurma ürək. Qalan qalıb,gedən gedib, Boşa xəyal qurma ürək. Sona yetib bu eşq yolu. Nə baxırsan gözün dolu ? Suçun təkcə sevmək olub, Elə məlul durma ürək. Yorulurdun güləndə də, Göz yaşını siləndə də. Heç olmasa öləndə də Barı məni yorma ürək. Suallar var cavabım yox, Günahım var,savabım yox. Onsuz sual verənim çox, Sən də hesab sorma ürək.
Sevgi də dənizə bənzəyir axı Öz qəfil coşmağı, təlatümüylə!!!!!! Dalğalar hər gecə vidalaşırlar, Dənizin sahilsiz məhəbbətiylə!!!!!!! Nə qədər çılğın da olsa dalğalar, Çırpınıb-çırpınıb dənizddə ölər. Dalğanın sahilə olan sevgisi, Bəzən sahildəki qayada sönər.