Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar.
Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, hər yerdə
Göz boyar həp bu qaranlıq pərdə.
Hankı bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm o, huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar,
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmı
Əziz qardaşim Cabir.Səni ad günün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xoşbəxtlik həyatın bütün gözəlliklərini görməkdir,Sənə də bunu arzulayıram.Sən coo..x yaxşı qardaşsan.