Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
İmam Əli (ə) :«Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.»
İmam Rza (ə) buyurur: “Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın Cənnət nemətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin”. (Biharul-ənvar 2/ 5)
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli (ə)-ın fəziləti barəsində şəkk-şübhə edən şəxs qiyamət günündə boynunda üç yüz odlu zəncirdən ibarət bir boyunbağı olduğu və hər bir zəncirdə də bir Şeytan oturub, ağız suyunu onun üzünə atdığı halda gələr.”
Hz. Fatimə(s.ə) nəql edir ki “Pеyğәmbәr (s) buyurub: Pахıllıqdаn uzаq оl. Çünki pахıllıq bir bәlаdır ki, kәrim şәхsdә tаpılmаz. Pахıllıqdаn uzаq оl. Çünki pахıllıq cәhәnnәmdә bir аğаcdır ki, budаqlаrı dünyаdаdır. Hәr kim özünü pахıllıq аğаcının budаqlаrının birindәn аssа, оnu cәhәnnәmә dахil еdәr. Bаğışlаmаq cәnnәtdә bir аğаcdır ki, оnun budаqlаrı dünyаdаdır. Hәr kim özünü оnun budаqlаrındаn аssа, оnu cәnnәtә dахil еdәr.”