Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi nemətlərdən o cümlədən, qulaq, göz və sairdən bəhərlənirsə, heç birindən ehtiyacsız deyildir. Ancaq qəlb insan üçün xüsusi mövqeyə malik olan orqandır. Ona görə də Quran ayələrinin hamısı rəhmət, nur və bərəkətdir. Ancaq ”Yasinin” bərəkəti daha çoxdur.
Həzrət Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, “Yasin” surəsinin məhəbbətini ümmətimin insanlarının tək-tək qəlbinə salmaq istəyərdim”. Bu hədisdən görmək olur ki, Həzrət (s) istəyir ki, biz “Yasin” oxuyaq, “Yasin” kimi fikirləşək və “Yasin” kimi olaq. Həzrət Peyğəmbər (s) istəyir ki, hər bir İslam ümmə