Eləmə nə olar qurbanın olum.
De niyə üzürsən məni bu qədər.
Eləmə nə olar qurbanın olum.
Sayəndə olubdu yaşamaq hədər.
Eləmə nə olar qurbanın olum.
Mən şirin dinirəm sən isə acı.
Şirin danışmağın yoxmu əlacı?
Ay gözümün nuru, başımın tacı.
Eləmə nə olar qurbanın olum.
Özündə görürsən çətindir işim.
Verdiyin acıdan partıyım, şişim?
Ay mənim noğulum, nabat, kişmişim.
Eləmə nə olar qurbanın olum.
Görürsən günlərim keçir çox ağır.
Axı nə edirəm sənə mən fağır?))
De niyə üzündən zəhrimar yağır?)).
Eləmə nə olar qurbanın olum.
Bax bir gün qıyaram cavan yaşıma.
Səbəbin deyərəm dost, qardaşıma.
Sonunda yazaram məzar daşıma.
"Eləmə nə olar qurbanın olum".
Gəl daha bu gündən olaq mehriban.
Mənə bir xatirə saxla sonra get.
Əlini sallayıb hara gedirsən?
Mənə bir xatirə saxla sonra get.
Qəlbimi salaraq dara gedirsən?
Mənə bir xatirə saxla sonra get.
Demirəm mənimçün abidə yarat.
Dəyəri də olsun yüzlərlə karat.
Malını mülkünü yolumda ver, sat.
Mənə bir xatirə saxla sonra get.
Elə xatirə ki, pak təmiz olsun.
Mənə canımdan da çox əziz olsun.
Qəlbimdə dalğalı bir dəniz olsun.
Mənə bir xatirə saxla sonra get.
Bir mahnı bəstələ mənim adıma.
Barı bəstən salsın səni yadıma.
Onsuzda çatmadım öz muradıma.
Mənə bir xatirə saxla sonra get.
Ya da ki, adıma şeir yaz qəmli.
Ağlatsın qəlbimi eyləsin bəmli.
Oxuduqca gözüm qoy olsun nəmli.
Mənə bir xatirə saxla sonra get.
O şeri ya
Aman ayırmayın plovdan məni.
Axı mən plovu çox istəyirəm.
Plovsuz qalarsam, ölərəm yəni.
Axı mən plovu çox istəyirəm.
Məni plovumdan ayrı salmayın.
Mənim istəyimi ətrafa yayın.
Ay plov! Dünyada tapılmaz tayın.
Axı mən plovu çox istəyirəm.
Yanında olarsa cücə ləvəngi.
O, olar əsl eşq, sevgi çələngi.
Plov yeyə yeyə, çalınsın cəngi.
Axı mən plovu çox istəyirəm.
Ayrıca qarası olsa da olar.
Bəlkə onda qarnım biraz tez dolar.
Bircə gün yeməsəm bənizim solar.
Axı mən plovu çox istəyirəm.
Hansı növü olur olsun, gətirin.
Mənim plovumu, mənə yetirin.
Aşkar qoymasalar, gizli ötürün.
Axı mən plovu çox istəyirəm.
Ölsəm məzarıma plov qoyarsız.
O mənim yarımdı, qalmayım yarsız.
Siz Allah deməyin,
Sevgilim boş yerə həvəs eyləmə.
Sən məni unuda bilməzsən axı.
Bu geniş dünyanı qəfəs eyləmə.
Sən məni unuda bilməzsən axı.
Mən sənin canında olan canınam.
Sənin damarında axan qanınam.
Kədərli anınam, ən xoş anınam.
Sən məni unuda bilməzsən axı.
Qəlbini döndərə bilməzsən daşa.
Bələdəm o qəlbə, o gözə, qaşa.
Öz özünlə vallah çıxma savaşa.
Sən məni unuda bilməzsən axı.
Unuda bilməzsən mənli anları.
Birgə yaşadığın o dövranları.
Həm olacaqları, həm olanları.
Sən məni unuda bilməzsən axı.
Nə mənə zülüm ver, nə də özünə.
Kədər toxundurma, büllur gözünə.
Ay başına dönüm, qurban sözünə.
Sən məni unuda bilməzsən axı.
Unutmaq istəsən de bəxt yazara.
Çünki yoluxmusan mənli azara.
Öldürüb versəndə