ABŞ-ın İndiana Universitetində yer kürəsinin hər yerindən, səksən mindən çox tələbə təhsil alır. Burada texniki elmlərlə yanaşı dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır. Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən, Özbəkstanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Liftlə kitabxana binasının səkkizinci mərtəbəsinə qalxdıq. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsa, var. Bizim müəlliflərdən Sabir Rüstəmxanlının, Rüstəm Kamlın, Kamal Abdullanın kitabları daha çoxdur. Eyni zamanda Nəriman Əbdülrəhmanlının, Vüqar Əhmədin, Eyvaz Əlləzoğlunun, Salam Sarva