Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Neyləsin Diləmə zamandan aman ey könül Sənin sınmağına zaman neyləsin Səhərin mehində üşüyərsə gül Zirvələrə çökən duman neyləsin Mətin ol ağlama sən için-için Gedər gəlməz yola sürülər köçün Bircə gün insan tək yaşamaq üçün Dil yalan deyirsə iman neyləsin Bilinməz qiymətin nadan yanında Çatmaz köməyinə adın sanında Bu fani dqnyada şər bazarında Yaxşılıq itərsə yaman neyləsin Olsa bir kimsənin kitabı bağlı Qüssədən kədərdən keyləşər ağlı Gözləri qan yaşlı sinəsi dağlı Qəlbi dərdə düçar Bəhman neyləsin
Necə sevim bu dünyanı Adı şirin özü acı Dönüb taxtı sınıb tacı Ya çəp düşüb ya qıyğacı Düzəlməyə yox gümanı Necə sevim bu dünyanı Gəlib-gedən axın-axın Düşdüyümüz hala baxın Nə yad qanır nə də yaxın Başa düşmür and-amanı Necə sevim bu dünyanı Harayıma haymı verib Kömək çıxıb hoymu verib Yaxşılıqdan paymı verib Yetişib sona devranı Necə sevim bu dünyanı Uyub ucuz şöhrət-şana Kəf gəlir insan-insana Qul olubdur kor şeytana Düzlük hanı iman hanı Necə sevim bu dünyanı Həyat olub zor tamaşa Baş kəsənlər keçib başa İstəyirəm edəm haşa Yox ədəbi yox ərkanı Necə sevim bu dünyanı Kəm savadlar olub müdir Alimə saymaq öyrədir Yaddan çıxıb hörmət-xətir At oynadır key-nadan