Ağırı, yüngülü yerbəyer eylər, Bu dünya özü bir daş tərəzidir. Ariflər gözündə, haqq divanında Hörmət tərəzisi baş tərəzidir. İndi tərəzi var, - Nə yüngül, ağır, Çəkiyə baxmır ki, çəkənə baxır, Hər ələ etibar etməzlər axı, Namərdin əlində çaş tərəzidir. Sinəmdə qəlb yanar, Ağzımda dilim, Yox, belə bazarda gətirməz əlim. Boş əli çəkiyə kim salacaq,kim? Boş əlin özü də boş tərəzidir. Yalan küləklənir, Doğru ləhləyir, Yüngül var görürsən ağırı əyir... Ömrümün atını vaxt dəhmərləyir, Ömrün ölçüsündə yaş tərəzidir.