24 yanvar Bakı Gənclər Mərkəzində Gilavar Foto Klubunun yaranmasının 5 illiyi münasibəti ilə "FOFO KADR 2022" adlı təqdimat və mükafatlandırma mərasimi keçirildi. Çəkdiyim bu foto “Azerbaijan Photo Salon 2022” FIAP foto beynəlxalq fotomüsabiqəsində seçilərək fəxri mükafatına layiq görüldü. Fotonu, Rusiya-Ukrayna arasında gedən müharibədə aprel ayının 8-də çəkmişəm. Borodyanka sakinləri 30 günlük işğaldan azad olunandan sonra. Onlar 30 gün ərzində zirzəmilərdə yaşayıblar. Ərzaq qıtlığı, su problemləri olub.