Rolunu sən oynadığın, pərdəsini mən bağladığım bir tamaşa göstərəcəm sənə. Elə bir tamaşa ki, zalda səndən və məndən başqa heç kəs olmayacaq. Sən rolunu oynayacaqsan,mən isə tamaşa edəcəm. Amma sonda həmişə görmüşük ki, seyirci göz yaşı töksün. Bu dəfə sonluq fərqli olacaq. Çünki mənim axıdacağımgöz yaşlarını sən axıdacaqsan. Mən isə kənardan zövqlə izləyəcəm. Amma narahat olma, sonda ən böyük alqış məndən gələcək sənə. Sonra mən zalı tərk edəcəm. Amma tək yox, barmağımda başqasının üzüyü ilə... Sən isə için-için ağlayacaqsan. Bilmirəm rolunun təsirindəndirmi, ya məni itirdiyindən... Amma bildiyim tək bir şey var ki, sonradan axıdılan göz yaşları itiriləni geri qaytarmır.
BU gun Ulu onder Heyder Eliyevin vefatinin il donumudur Allah rehmet elesin siz her zaman bizim Qelbimizdesiniz.Dunyadan kocsenizde oz ebedi heykeliinizi bizim qelbimizde qurmusunuz..
Çörəyimi götür, amma məni alçaldıb götürmə. Gücün çatırsa götür, söymərəm, etiraz etmərəm, mübarizə apar, al. Qisas almaram. Amma alçaldıb götürməyi bağışlamıram. Məni şərləyib, öz dünyamı öz dünyasına oxşadanda, hə-ə, onda baxmaram uddum, uduzdum. Mənim uddum-uduzdum anlayışından zəhləm gedir. Uduzsam da, qisasımı alaram – mübarizəmlə. Həyatda həmişə udmuşam, məğlub olmamışam. Həyat tərzimdə də yaşadıqlarımın qarşılığında üzləşdiyim nəticələrə görə naməlumları müəyyənləşdirmişəm."