Dəyişir fəsillər gətirmi səni
Bura yellər əsir yetirmir səni
Bu yollar apardi gətirmir səni
Axtarır bax yenə yolu gözlərim
Ağlamaq istəyir dolu gözlərim
Gel meni dost kimi dindir,daniwdir,
Dost bilsin qiraqdan camaat bizi.
Men deyim dostumdur,sen de taniwdir,
Hamidan gizledek sevdiyimizi.
Daniwaq,guluwek,gezek yan yana,
Onda adimiza sozde deyilmez.
Gizli goruwumuz cixsa meydana,
Deyekki,dost dostla goruwe bilmez?
Yalandan bir oglan wekilin getir,
Hec kim bilmesinki,sevgiliyik biz.
Istesen arada qolumada gir,
Burda pis ne varki,dost deyilik biz?
Zeng ele daniwaq dersden filandan,
Anana denenki bir yoldawimdi.
Qoy hami dost bilsin bizi her zaman,
Denenki hec menim seven yawimdi?
Bu yolla gizledek gel sevgimizi,
Camaat dost bilsin anansa yoldaw.
Dostluga bukerek hesretimizi,
Bir azciq sevinek gel yavaw yavaw.
Do
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzl