Rəsulullah (s) Əli (ə) haqqında buyurub:
1. “Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır”. Yəni bir kəsin mömin olmasının sübutu onun Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o əsla mömin ola bilməz. Baxmayaraq bütün gecəni namaz qılıb, gündüzləri oruc tuta və bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)
2. “Əlini sevmək imanın nişanəsidir, Əliyə qarşı kinə nifaqın (münafiqliyin) əlamətidir”. Hər kəsdə Əliyə məhəbbət olsa o məhəbbət onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olurkifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74