Bizim vaxtımızda "samokat" var idi, məhəllədə "7 şüşə", "11 tuş", "ortada qaldı" oynayardıq.."gi zlənqaç" oynayardıq.. məhəlləyə "marojna", "xoruz", "kukruz" satan dayday gələndə ona ən bahalı pivə butulkası verib barter edərdik.. Bizim dildə "dünya çempionatına" bərabər olan "məhlə - məhləyə" futbol var idi, həyəcanla oyunu gözləyərdik və sanki məhəllə qəhrəmanı kimi oyuna çıxaraq "şot 10-dandı" deyib, axırda da 2 qol artırardıq. Bizim uşaqlığımız əvəzolunmaz idi və pulla alınmaz idi.. Bunu indiki uşaqlar bilməz! Uşaqlıq deyib keçməyin, biz o zamanlar çox şey öyrənmişik. • Tom & Jerry cizgi filminin bitdiyini tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə ha