27 aprel 2016-cı il tarixdə Ordubad şəhər 3 №-li tam orta məktəbinin futbol meydançasında Culfa və Ordubad Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında Culfa və Ordubad rayon mini-futbol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə qalib və fərqlənən komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.