Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
İllərlə yaşatdın dəli sevda ürəyimdə Bir sevgi coşub çağladı dərya ürəyimdə Qəbr evinə gedincən yaşayar ta ürəyimdə Ölməz bu məhəbbət ölə bilməz ölə bilməz Dilləndirər ahım dağı sənsiz daşı sənsiz Qəmdən yanaram göynər ürəymin başı sənsiz Sən gəlmiyənəycən tökərəm göz yaşı sənsiz Sənsiz üzüm ey gül gülə bilməz gülə bilməz Ölməz bu məhəbbət ölə bilməz ölə bilməz Hicran əzabın sən nə bilirsən axı canan Şam tək məni yandırmadadır atəşi hicran Hər kimki əgər olmasa dərd əhli o insan Dərd əhlinin halın bilə bilməz bilə bilməz Ölməz bu məhəbbət ölə bilməz ölə bilməz Bir yarın edib eşqi məni sərsəri xəstə Qaşları qələm zülfü siyah ləbləri püstə Yazdım adını qanla könül lövhəsi üstə