Sən mənim xətrimə dəyirsən yaman, Yaz dönür payiza həmin bu zaman. Mən layiq deyiləm sərtliyə inan, Hər acı sözündən ürək üzülür, Eşq adlı buluddan damla süzülür. Nə üçün bu gədər olursan qəddar, Mən ruhdan düşürəm sərt olursa yar. Bu geniş dünya da olur mənə dar, Ağacda yarpaqlar, güllər büzülür, Eşq adlı buluddan damla süzülür. Kifayət deyilmi incitdin məni, Unuda bilərik olub-keçəni. Həmişə bağışlar sevən sevəni, Dilimdən ümidli sözlər düzülür. Eşq adlı buluddan damla süzülür.