Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhə birlik göstərib düşmənə qarşı birgə mübarizəyə qaxldı. Cəbhədə düşmənin başına od yağdıran əsgərlərə arxada xalq dayaq oldu, dəstək verdi.
Lakin bu mübarizədə hər iki cəbhədə döyüşən insanlar da oldu. Onlar arxada xalqın sağlamlığının qayğısına qalmaqla yanaşı, ön cəbhədə də yaralı əsgərlərimizi həyata qaytarmaq vəzifəsini yerinə yetirirdilər. Onlar bizim həkimlərimiz idi.
O həkimlərimiz ki, bir yandan dünyanı cənginə alan virusla mübarizə aparır, bir yandan isə dolu kimi yağan güllələrə, ərşə qalxan od-alova baxmadan yaralıları çıxarmaq üçün döyüş meydanına atılırdılar. Ətrafa səpələnən mərmilərin altında vətənin azadlığı üçün canını