Baba Pünhanın M.Ə.Sabirə, S.Ə.Şirvaniyə, Mirzə Cəlilə və M.Füzuliyə mükəmməl müraciəti. Sabira, bizdə olan qeyrət həmən qeyrətdir, Millətə eylədiyin heyrət həmən heyrətdir.. Yalan ilə talanın sürəti kosmikdir inan, Amma tədrisdə olan sürət həmən sürətdir.. Seyyida, ehsana layiqli köpək indi də var Çünki, həm molla və həm surət həmən surətdir.. “Ölülər” sağ və salamatdı, Cəlil, arxayın ol, Danabaşlarda isə xislət həmən xislətdir.. Ey Bakı əhlinə sidq ilə yanan Mənsurum, Bakını rəng bürüyüb, dəhşət həmən dəhşətdir.. Ey Füzuli, elə zənn eyləmə hər şey dəyişib, Salamı rüşvət olan millət həmən millətdir.. Doqquz ağça pula layiq görülən, ey dahi, İndi də haqq şeirə qiymət həmən qiymətdir.. Sidq ür