ABŞ Helsinki Komissiyasının Azərbaycan hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi Konqresin 2 komitəsində müzakirə olunacaq. Bunlar Beynəlxalq İşlər və Hüquq və Maliyyə Məsələləri komitələridir.
Bu arada Azərbaycan hakimiyyəti ABŞ-dakı ictimai təşkilatlar vasitəsilə qanun layihəsini qəbul etməsin deyə, Konqresə təsir göstərməyə çalışır. Rəsmi Bakının başqa lobbi təşkilatlarını da səfərbər etdiyi şübhə doğurmur.
Lakin lobbiçilərin bu məsələdə nə dərəcədə təsirli ola biləcəyinə vaxtilə ABŞ dövlət katibinin müavini işləmiş, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya üzrə baş direktoru olan David Kramer aydınlıq gəti