Torpaq Haqqında Nəğmə
Vətən bir budaqdır,
yaşıl bir budaq,
Ümiddən asılı yarpağam. mən də,
Ayağım altında çırpınır torpaq,
Yeriyən,
Düşünən torpağam mən də...
Ümmanlar qabarır,
Çaylar tökülür,
Adalar sularda boğulsun deyə.
Mənim göy Xəzərim geri çəkilir
Bir az torpağimız çox olsun deyə.
Dənizə az yağıb yağışlarımız,
Kimimiz güc olub biləyimizə.
Nəmli olmayıbdır baxışlarımız,
Yağmurlar düşübdür ürəyimizə.
Damlalar yaradib axı ümmanı,
Qaralan buludlar yağmadı, ötdü.
Xəzərə düşəcək iki damlanı
Nənəm gözlərində apardı getdi.
Qəriblik qəlbimi sıxsa hardasa
Yalnız Vətən olar,
Vətən dərmanım.
Ilhamın qanadı buludlardasa
Vətən torpağında köküm var mənim.
Adı itib-bata