Qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibidir. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə “nakaut” edərək qələbəyə imza atıb. O, Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunda (XTO) kəşfiyyatçı olub və bir çox gizli əməliyyatları müvəffəqiyyətlə yerinə yetirib. İlkin həmçinin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşini çiyinlərində daşıyan hərbiçilərdən biri olub. 2007-ci ildə əməliyyatların birində döş qəfəsindən güllə yarası alıb. Yaralandığı gündən bu günə kimi 9 dəfə ağır əməliyyat keçirsə də, bu əməliyyatların heç biri onun xəstəliyinin qarşısını almağa kömək etməyib. İlkin Quliyevin vəziyyəti haz