Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Bəzən bir çox ailələr evdə hüzur və aramlığın olmamasından, yersiz və səbəbsiz söz-söhbətin çoxluğundan, evdən bərəkətin çəkilməsindən şikayətlənirlər. İmam Sadiq (ə) bunun səbəblərindən birini bəyan edərək buyurur:
"Quran oxunmayan və Allah xatırlanmayan evlərdə üç problem yaranar:
1. Bərəkət azalar; 2. Mələklər o evi tərk edər ( Allahın xüsusi feyz və rəhməti bu cür evlərə nazil olmaz ); 3. O evdə şeytanlar çox olar ( evdə dava-dalaş çoxalar, aramlıq azalar).