İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Bir gün İmam Əli (ə) məscidə daxil oldu. Bir cavanı görür ki, ağlayır və insanlar da onu əhatə edib, təsəlli verirlər. İmam (ə) ona yaxınlaşır və soruşur:
“Niyə ağlayırsan?
Cavan deyir: “Ya Əli! Qazi mənim üçün bir hökm vermişdir ki, bilmirəm doğrudur, yoxsa yanlış. Bu camaat atamı özləri ilə səfərə aparmışdı. İndiki qayıdıblar, atam onlarla birlikdə deyildir.
Atamı onlardan soruşanda, dedilər ki, ölübdür.
Dedim: “Bəs malı nə oldu?”.
Dedilər: “Heç bir mal qoyub getməyibdir”. Onları qazinin yanına apardım və onlar and içdilər və getdilər.
Halbuki, mən yaxşı bilirəm ki, atam özü ilə səfərə çoxlu mal aparmışdı