Fotodakı şəxs şair Bəşir Kəsərlidir. Allah rəhmət eləsin, bir neçə il bundan öncə dünyasını dəyişdi. Metro və avtobuslarda öz kitablarını satırdı.
Həmişə başına qadın yaylığı bağlayardı. Yəqin bir çoxları xatırlayar. Ondan başına nə üçün yaylıq bağladığını soruşmuşdular. B.Kəsərli isə belə bir cavab vermişdi:
"Mənim torpaqlarım işğal altındadır, başıma papaq qoya bilmərəm. Torpağı, namusu işğal altında olan kişi ilə başı yaylıqlı qadın arasında heç bir fərq yoxdur".