Döndərər. Həyatın min bir işini, Bilmək olmur gərdişini, Görkəmi şir tək kişini Arvad pişiyə döndərər. * Boğazına keçsə çatı, Kömək etməz pulun qatı, Yaşadığın şən həyatı Fələk yeşiyə döndərər. * Pis həyatın xoş sonu var, Hər vərdiş yiyəsin tapar, Çəkmə zəhər qana hopar İnsan peşəyə döndərər. * Cənnət kimi zaman gəlib, Hara baxsan yenilənib, İndi elm elə güclənib Qızı kişiyə döndərər... * Kişi arvaddan qorxsa yaxşıdır ev-eşik sahibi olar. Müəllif. Dağbəyi E.
Qızım. Şükür İlahinin verdiyi paya Doğulannan xoşbəxt ilimsən qızım. Mənə lazım deyil güllər qoxusu Ətirli çiçəyim gülümsən qızım. * Görmüşəm dünyanın çoxun-azını, Yaradan düz yazıb bəxtə yazını, Bezmərəm çəkərəm hər bir nazını Şıltağım,dəcəlim,dəlimsən qızım. * Ala gözlərində gülüşüm sənsən, Dağbəyiyəm nə gözəl püşküm sənsən, Taleyimdə dəyərli mülküm sənsən Qiymətlim, qızılım, ləlimsən qızım... *
En gözəl qadınlar sevgidən məhrum Ən gözəl qadınlar tenha qalarmiş En gözəl qadınlar üzdə gülümsər İçinde her zaman aglar ağlarmış En gözəl qadınlar məhəbbət istər Qəlbində hər zaman eşqini gizler
Ağlama ey gülüm ağlama mənsiz Köhnə seyfeleri varaqlama mənsiz Keçmiş günlərinə dönmək istəsən Nə əzab çəkirəm biləydin sənsiz Aglam ey gülüm ağlama mənsiz
Ey nazlı dilbər de görüm neyləmişəm Seni necə sevdiyimi ürəyimdə gizlemşem Də görüm neyləmişəm sen geden yollara gül çiçəklər ekmemşem Də görüm neyləmişəm O gözəl gözlərinin vurğunuyam aşiqiyəm O bal dodaq sözlərinin mehkumuyam aşiqiyəm Bu qədər əzab deyil verme mənə istirabı Meni məcnun eylemsen de görüm neyləmişəm
Yaşlandim yoruldum dünya qocaldım Məhəbbət oduyla alışdım yandım Bir gözəl sevirdim ürəy bağladım adına kederli şeirlər yazdım Yazdığım sozlere qələm dözmədi Sanki dilə gəldi mənə söylədi Axtarma vəfasız geden yarını Qəlbinde yaralar açan yarını