Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması ilə bağlı Sərəncam imzalıyıb
🇭🇺 "Biz özümüzü Orta Asiyadan Avropaya gəlmiş türk milləti kimi görürük. Biz türk dünyasının bir parçasıyıq". - Macarıstan mədəniyyət naziri Yanoş Dzak |
🇹🇷🗣️ "Türkiyə universitetlərinin qapıları sionistlərin dünya universitetlərindəki təzyiqlərinə görə işindən qovulan bütün alimlərə açıqdır”. - Türkiyə Böyük Millət Məclisinin sədri |
‼️ Şuşada mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub
🇹🇷🗣️ " Orta Dəhliz həm İrandan həm də Azərbaycandan keçir. Bu gün Orta Asiya ilə quru əlaqəsində İran yolunu istifadə edirik. Lakin alternativlərə hər zaman ehtiyac var. 🔸Nəzərə alsaq ki, İranın Qərblə olan münasibətlərinə görə bu marşrutun genişlənməsinə heç kim dəstək olmayacaq. Deməli Türkiyənin "ata yurd" Orta Asiya ilə əlaqəsində Azərbaycan əvəzedilməz və çox vacib bir halqadır. Bunu heç kim gözardı edə bilməz. - CHP sədri Özgür Özel |
🇹🇷🗣️ " İqtidarın Qarabağda Azərbaycana dəstəyi doğru addım idi. Biz CHP olaraq bu siyasəti hər zaman təqdir etmişik. 🔸Əgər biz də hakimiyyətdə olsaydıq yenə eyni cür davranardıq. Çünki bu ən doğru addımdır. Ərdoğan iqtidarının ən doğru addımı məhz Azərbaycana dəstək idi. - Özgür Özel |
❗️Prezident: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar.
🇹🇷🗣️ "Bizi işğaldan azad edilmiş Azərbaycanın tarixi Qarabağ torpaqlarına səfər gözləyir. Qarabağ türk dünyasının qanayan yarası idi, artıq Türk dünyasının şanlı səhifəsidir. 🔸Türk şəhidliyində can Azərbaycanın azadlığı uğrunda həlak olan övladlarımızı ziyarət edəcəm. Eyni zamanda Azərbaycan sivil toplumunun nümayəndələri ilə bizi görüşlər gözləyir. 🔸Türkiyə və Azərbaycanı ortaq dil, din və tarix birləşdirir. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" . Necə deyərlər biz sözün əsl mənasında "bir millət iki dövlətik" . Türkiyə hər zaman can Azərbaycanın yanında olmağa davam edəcək. - CHP sədri Özgür Özel |
🇦🇿🇹🇷Mən Azərbaycana səfər üçün müraciət etdim və bizə vaxt ayrılmasını istədim. Cənab Prezident İlham Əliyev də razılaşdı. Biz Bakıya səfər edərkən cənab prezident tərəfindən qəbul ediləcəyik. 🔸Bu yaxınlarda dövlət ənənələrinə uyğun olaraq ŞKTC-ə və sonra da ilk xarici səfərimi Azərbaycana edəcəm. Çünki bu Türk dövlətinin dəyişməz ənənəsidir. - Özgür Özel |
🇦🇿🗣️ "Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. 🔸Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. - İlham Əliyev |
Показать ещё