yabnazzahra

YəbnəzZəhra

Fərqimiz üstünlüyümüzdür !
yabnazzahra

YəbnəzZəhra

: Nadir hədislərdən olan bu hədisi oxuyub dərin nəfəs alın vücudunuzda hiss edin «XALIS INCILƏR SILSILƏSINDƏN» İmam Sadiq (ə) buyurur: Arifin cismi camaat ilə, qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər. Arif ilahi əmanətin əmini, ilahi sirlərin xəzinəsi və Allah nurunun mədənidir. Xalqa ilahi rəhmətin dəlili odur, ilahi elmlərin daşıyıcısı, pərvərdigarın fəzli və ədalət tərəzisi odur. Arif xalqdan tamahını kəsmiş, dünya və dünya əhlindən meylini üzmüşdür. Onun Allahdan başqa heç bir munisi yoxdur. Ancaq Allah üçün danışar, Onun yolunda işarə edər, Onunla nəfəs çəkər. Belə bir şəxs Allahın qüdsü bağçalarında gəzib dolaşar və
yabnazzahra

YəbnəzZəhra

Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri İYIRMINCI DƏRS: MÖMIN VƏ DÜNYA 1.DÜNYAYA KÖNÜL VERMƏ! 2. ÖMÜRDƏN İSTİFADƏ 3. İSLAM VƏ İQTİSADİ İNKİŞAF 4. DÜNYA NEMƏTLƏRİNDƏN İSTİFADƏ QAYDALARI 5. DÜNYA MALINA BAĞLILIĞIN QÜSURLARI http://gunahkar-bende.ucoz.net/blog/sadiq_yol_axtaranlar_ucun_imam_sadiqin_n_sih_tl_ri/2011-09-20-393
yabnazzahra

YəbnəzZəhra

🕯Alimlərin işığında🕯 💡Ayətullah Müctəhidi:  Nə qədər sağsan, əlin çatır, bir iş gör,  (mənəvi baxımdan) öz qeydinə qal, axirət üçün bir iş gör ki, nabada dünyadan əli boş köçəsən. 💡Ayətullah Behcət: Gərərk məğrur olmayaq. Ölüm anına, şeytan sağ olana qədər insan təhlükə içindədir. Allaha panah aparırıq. 💡Əllamə Həsənzadə: Ağız "babullah"dır (Allahın qapısıdır), giriş-çıxışlarına nəzarət edin, qoy çənənizi ağıl idarə etsin. 💡Ayətullah Fatiminiya: Camaatın arxasınca danışmaq qəlbi qaraldır, adamdan tofiqatı alır, ibadət əhval-ruhiyəsini aradan aparır. 💡Ayətullah Fatiminiya: Bir dəfə qəzəbi boğmaq adamı min rükət namazdan daha tez Allaha yaxınlaşdırır.
yabnazzahra

YəbnəzZəhra

Paylaşın lütfən! Dəstəmazda qollar necə yuyulmalıdır? Allah Taala Maidə surəsinin 6-cı ayəsində buyurmuşdur: Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəyə qədər yuyun. İzah: Ayədə qolları yuyarkən haradan başlamaq buyurulmamışdır. "Yəd" əl sözü, həm barmaqdan biləyə qədər, həm barmaqdan dirsəyə qədər və həm də barmaqdan qolun yuxarı hissəsinə, çiyinə qədər deyilir. Bu ayədə deyilir ki, dirsəyə qədər yuyulmalıdır. Ona görə də, əgər məhz barmaqdan dirsəyə yumaq lazım olsaydı, barmaqdan dirsəyə qədər yuyun deyilərdi. Bir halda ki, yalnız dirsəyə qədər yuyun deyilərək bildirilmişdir ki, yuyulması lazım olan miqdar, biləyə qədər deyil, çiyinə qədər də deyil, dirsəyə qədərdir.
yabnazzahra

YəbnəzZəhra

Kəramət sahibləri «MƏNƏVI ALƏMƏ SƏFƏRIN INTIZARINDA» Əllamə Məhəmmədtəqi Cəfəri öz ustadı şeyx Mürtəza Taliqani haqqında nəql edirdi: Məhərrəm ayına iki gün qalmış hər gün olduğu kimi ustadın yanına dərs almağa getdim, dedi: Qalxın gedin, niyə gəlmisiniz? Deyəndə ki, dərs üçün gəlmişəm, dedi: Dərs qurtardı. Mən elə bildim məhərrəm ayı yaxınlaşdığı üçün belə deyir, ona görə də dedim: Hələlik hövzələr tətil olmayıb. Dedi: Bilirəm, mən müsafirəm, mən müsafirəm. Taliqaninin ulağı getmiş, palanı qalmışdır, ruhu getmiş, cismi qalmışdır, la ilahə illəllah! Bunu deyib gözlərindən bulud kimi yaş axıtdı. Anladım ki, ölümündən xəbər verir, halbuki sap-sağlam gözə dəyirdi. Vəziyyəti belə görüb dedim:
yabnazzahra

YəbnəzZəhra

Nəsihətlər (kitabı) YEDDİNCİ FƏSİL Meracnamədən olan hədislər ◘Allah-təala Peyğəmbərə (s) xitab etdi: "Ey Əhməd! Bilirsənmi ki, bir bəndə Allaha nə vaxt həqiqi ibadət edir? " Peyğəmbər (s) ərz etdi: "Xeyr, Pərvərdigara!” Allah-təala buyurdu: "Yalnız beş xüsusiyyətə yiyələndiyi halda; onu günahdan qoruyan təqvaya, boş-boş sözlərdən çəkindirən sükuta, hər gün ağlamağını artıran qorxuya, təklikdə onu Allahdan utanmağa vadar edən həyaya, dünya ilə düşmənçiliyə və Mənim sevdiyim kəslərə qarşı tutduğu dostluq mövqeyinə sahib olduğu vaxt.” ◘Hər kəs beş xüsusiyyətə sahib olsa, bunlar onun zərərinədir; beyət sındırmaq, təcavüz, hiylə, fırıldaq, zülm. Beyət sındıran barədə Allah buyurur: "
yabnazzahra

YəbnəzZəhra

https://m.youtube.com/watch?v=3NveVWAIaU8 Hz Fatimənin yanan qapısı , çox marağlı mədinə gəzintisi . Tarix, əxlaq, etiqad və s.
12:56
Bura Madinadir 1
1 497 просмотров
yabnazzahra

YəbnəzZəhra

Məad (ölümdən sonraki həyat)(kitabı) ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Möminin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə möminin "məni tez öz mənzilimə çatdırın!”, kafirin isə "məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Möminə qüsl veriləndə mələk soruşur: "Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: "Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.” Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olu
yabnazzahra

YəbnəzZəhra

Məad (ölümdən sonrakı həyat)(kitabı) CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini təkid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: "Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək
Показать ещё