Cənubi Koreyaya gedəndə də, qayıdanda da Əliyevə səmimi mesajlarını göndərən Ərdoğan Əliyevlə münasibətlərini düzəltməkdə niyə belə israrlıdır? Türkiyədə iqtisadi analitiklər yazır ki, Azərbaycanın Türkiyə iqtisadiyyatındakı milyardlarla dollarlıq investisiyaları və Ərdoğan ailəsinə yaxın çevrələrin Azərbaycanla olan geniş biznes əlaqələri Ankaranın iqtisadi maraqları baxımından Bakı ilə münasibətləri kritik həddə çatdırmağa imkan vermir.
    1 комментарий
    1 класс
    Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq. Bu barədə hökumətyönlü mediada məlumat yayılıb. Bildirilir ki, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə “sabit çıxış”, mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə “simsiz çıxış” qeydi aparılacaq. Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
    1 комментарий
    1 класс
    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrə münasibət bildirib. O deyib ki, qaydaların məqsədi hansısa konkret geyim elementini qadağan etmək deyil: “Məqsədimiz hər bir təhsilalanın - qız və oğlanların da məktəb həyatında fəal iştirakını, təhsilə davamlı marağını və məsuliyyət hissini təşviq etməkdir. Qaydalar da hər kəs üçün eynidir və bu amala xidmət edir, hansısa geyim komponentinin qadağasına yönəlməyib”. Qurbanov bildirib ki, vahid geyim qaydalarını yalnız qızların geyimi ilə əlaqələndirmək düzgün deyil və tələblər həm qızlara, həm də oğlanlara şamil olunur. Nazir müavini valideynlərə də müraciət edib: “Böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar”. Onun sözlərinə görə, dərsə davamlı gəlməmək şagirdlərin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Nazirlik bu məsələdə maarifləndirməyə üstünlük verilməli olduğunu düşünür. Müəllimlərlə bağlı məsələlərin isə əmək münasibətləri və qanunvericiliklə tənzimləndiyi bildirilib. Qurbanov həmçinin qeyd edib ki, hazırkı geyim qaydaları yalnız dövlət ümumi təhsil müəssisələrinə aiddir. Peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim tələblərinin tətbiqi hazırda nəzərdə tutulmur. Özəl məktəblər isə nizamnamələrinə uyğun olaraq öz geyim qaydalarını müəyyən edə bilərlər.
    6 комментариев
    4 класса
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur. 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Qeyd etmək lazımdır ki, Ermənistanda doğulan hər uşağa görə ödənilən müavinət 2363 manat təşkil edir.
    1 комментарий
    4 класса
    İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb, ən irimiqyaslı aksiyaların Milanda keçiriləcəyi gözlənilir. Etirazçılar əməkhaqqının artan yaşayış xərclərinə uyğun olaraq tənzimlənməsini tələb edirlər. Həmkarlar ittifaqları hökuməti ilkin tələbat mallarının, kommunal xidmətlərin və kirayə qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görməyə, həmçinin ilkin tələbat malları üzrə ƏDV-nin azaldılmasına çağırır. Milanda ictimai asayişlə bağlı qırmızı həyəcan səviyyəsi tətbiq edilib. Aksiyalarda 10 minə yaxın nümayişçinin, o cümlədən fəhlə və tələbələrin iştirakı gözlənilir. Marşrut Politexnik Universitetindən mərkəzə qədər uzanacaq. Etirazçılar həmçinin Paduyaya aparan dairəvi yolun bağlanmasını tələb edirlər. Bundan başqa, oktyabrın 31-də Roma, Bolonya, Turin və digər şəhərlərdə də etiraz aksiyaları planlaşdırılır.
    2 комментария
    4 класса
    Əslən Ağdam şəhərindən olan Rusiya vətəndaşı Turab Zeynalov erməni dostunun toyunda iştirak etmək üçün İrəvana gedib...
    5 комментариев
    19 классов
    Şərhsiz...
    0 комментариев
    4 класса
    Müharibəyə getmək istəməyən Ukrayna vətəndaşları ilə Ukrayna hökuməti arasında qarşıdurma yaşanıb...
    1 комментарий
    3 класса
    Tin xəbərləri...
    1 комментарий
    7 классов
    Ramiz Mehdiyev 14 il şərti olaraq azadlıqdan məhrum edildi. 88 yaşlı Mehdiyevin yaşı və xəstəlikləri nəzərə alınıb. Bu isə heç də birmənalı qarşılanmayıb...
    2 комментария
    5 классов
  • Класс
  • Класс
  • Класс
Показать ещё