San Dieqo Kaliforniya Universitetinin Okeanoqrafiya İnstitutunda aparılan son tədqiqatlar qlobal iqlim dəyişikliyinin Yer kürəsində günün uzunluğuna təsir edə biləcəyi ilə bağlı gözlənilməz məlumat aşkar edib.
Bu barədə həftəlik “Nature” elmi jurnalı yazır.
Yer üzündə günlər niyə uzanır?
Alimlər müəyyən ediblər ki, Qrenlandiya və Antarktidada iqlim dəyişikliyi nəticəsində yaranan buzlaqların daralması Yer kürəsinin kütləsinin paylanmasında dəyişikliklərə səbəb olur. Bu, öz növbəsində, onun fırlanma bucaq sürətinə təsir göstərir.
Bu dəyişikliyin 2029-cu ildə Koordinasiya edilmiş Universal Vaxta (UTC) mənfi ikinci sıçrayışın əlavə edilməsi ilə nəticələnə biləcəyi proqnozlaşdırılır. Bir saniy
Beyin insan bədəninin ən mürəkkəb və sirli orqanlarından biridir. Optimal qidalanma ilə qocalığa qədər tam gücü ilə işləyir. Ancaq təəssüf ki, bir çox yemək vərdişlərimiz onun sağlamlığına xələl gətirə bilər.
Tədqiqatçılar beyin üçün faydalı olan qida maddələrini öyrənməyə çox səy göstəriblər.
Onlar aşkar ediblər ki, eikosapentaenoik (EPA) və dokozaheksaenoik turşu (DHA) kimi xüsusilə vacib omeqa-3 yağ turşuları idrak sağlamlığının qorunmasında əsas rol oynayır. Lakin insan orqanizmi bu maddələri özbaşına istehsal edə bilmədiyi üçün onları qidadan əldə etməliyik. Müxtəlif növ balıq və dəniz məhsulları omeqa-3 ilə çox zəngindir.
Neyroloqların fikrincə, beyin sağlamlığı üçün ən yaxşı beş balıq
İlk "Coca-Cola" şüşəsi Corciya ştatı, ABŞ, 1894-cü il
“Ağciyəri dəmirdən olan adam kimi tanınan Pol Aleksandr vəfat edib. Pol 6 yaşında poliomielit xəstəliyinə tutulduqdan sonra ömrünün qalan hissəsini, yəni 70 ilini dəmir kapsulda keçirib. Dəmir kapsulun içindəki vakuumun yaratdığı mənfi təzyiq onun ağciyərlərini genişlənməyə məcbur edib və bunun sayəsində Pol yaşamağa davam edib. Xəstəliyinə baxmayaraq, Pol istədiyi təhsili ala bilib, hüquqşünas peşəsinə yiyələnib, hətta kitab da yazıb. Onun hekayəsi dünyanın müxtəlif məkanlarında yaşayan minlərlə insanı ruhlandırıb. Poliomielit xəstəiyi sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən çox ağır xəstəliklərdəndir. Dostları deyirlər ki, Pol son günlərini
Məşhur dənizçi və səyyah Ferdinand Magellan ilk dünya səyahətinin baş tutmasınıa səbəbkar olsa da, özü buna şahidlik edə bilməyib. Magellan 1480-ci ildə Portuqaliyanın Sabroza şəhərində anadan olub. Cavanlıqda Portuqaliya ordusunun tərkibində bir neçə döyüşdə iştirak edib və bu döyüşlərdən birində ayağından xəsarət aldığı üçün bütün qalan ömrünü axsayıb.
100 il sonra bu an gözünüzlə gördüyünüz bütün insanlar, bitkilər və heyvanların isə əksəriyyəti yox olacaq. Dostun, qonşun, anan və atan, bacı-qardaşların, hətta körpə uşağın belə artıq yaşamayacaq. Bu gün sənin olan nə varsa, artıq heç biri sənin olmayacaq. Hətta məzarın da sənin olmayacaq. Əgər məşhur bir tarixi şəxsiyyət deyilsənsə, səni xatırlayacaq, səni tanıyacaq, sənin haqqında nəsə danışacaq bir kimsə də qalmayacaq. Kainat sonsuz olduğu kimi biz də sonsuzluğa qovuşacağıq. Düşünün ki, siz öldükdən sonra sonsuzluq içərisində bir yoxluqsunuz. Vahiməlidir, deyilmi? 4,5 milyard yaşı olan Yer kürəsində bizə ayrılan müddət ən çoxu 100 ildir. Bəs bundan ötrü insanlar niyə bir-birini didirlər
Qədimlərdə Yaponiyada döyüşçülər iştirak etdikləri müharibələrdə öldürdükləri düşmənlərin başını kəsib geriyə – öz ölkələrinə gətirirdilər, bu adət idi. 1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi. Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərlərinin başını mükafat kimi öz vətənlərinə aparmaq hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq-burunlarını götürmək imkanı yaradırdı. Müharibə zamanı nə qədər adamın öldürüldüyü tam məlum olmasa da, bu rəqəmin bir milyona yaxın olduğu güman edilir. Yaponiyaya gətirilən q
Rişat strukturu Böyük Səhranın qərb hissəsində yerləşən və böyük ölçüyə, hamar səthə malik ideal dairəvi, üzükvari geoloji quruluşdur. Strukturun xarici diametri 50 km-dir. Güman olunur ki, 600 milyon il əvvəl baş vermiş meteorit düşməsinin nəticəsidir.
Показать ещё