VALEH ELIYEV

topaz pul qoyacaqsiniz amma oyunlarin neticelerin deqiq bilmirsiniz ripikr.com a daxil olun futbol neticeleri qrupuna daxil olub topazin neticelerini oxuyun paylasin fikir mubadilesi eliyin link http://ripikr.com//index.php?tab1=timeline&id=futbol
559951504739

ΛŔZƱ QaSiMoV

Klublarımız Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşır. Qol.Az-ın məlumatına görə, yay transfer dönəminin davam etdiyi bir vaxtda müəyyən klublar artıq transfer işlərini yekunlaşdırmaq üzrə olsa da, bəzilərində müəyyən səbələrdən aktivlik müşahidə olunmur. Ölkə çempionu “Qarabağ” və bürünc mükafatçı “Qəbələ” transfer fəaliyyətində ən fəallardandır. Eyni zamanda yeni mövsümdən Premyer Liqamızda mübarizə aparacaq "Zirə" də artıq heyətini 16 futbolçu ilə gücləndirib. Maliyyə problemi ilə üzləşən “İnter” də artıq 10 futbolçunu heyətinə cəlb edib. Lakin Səlahət Ağayev istisna olmaqla paytaxt klubunun bütün aparıcı futbolçuları komandanı tərk edib. Qeyd edək ki, iyunun 9-da
559951504739

ΛŔZƱ QaSiMoV

“Fors major deyilən bir şey var. Komanda özü maddi sıxıntı yaşayırsa, müraciət edir ki, çempionatdan çıxır. 9 komanda ilə çempionat keçirilsəydi, mətbuat bizi biabır edərdi. Bu səbəbdən də “Rəvan”a müraciət etdik. Onlar da çempionatda çıxışa razılıq verdilər. Lisenziya şərtlərini yerinə yetirmək üçün sentyabra kimi vaxt istədilər”. Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Musayev qeyd edib ki, püşk atılsa da, Premyer Liqada 12 klubun iştirakı da mümkündü: “Hansı komandanın maddi vəziyyəti imkan verirsə, çempionatda oynaya bilər. Püşkatma olsa da, çempionatın startına günlər qalsa, kimsə oynamaq istəsə, mə
559951504739

ΛŔZƱ QaSiMoV

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki köməkçisi Elxan Abdullayevi İsveçrəyə göndərir. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Abdullayev Bern şəhərində Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Yanq Boys” – “Qarabağ” oyununu izləyəcək. Qeyd edək ki, avqustun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
559951504739

ΛŔZƱ QaSiMoV

Azərbaycan Premyer Liqasının cari mövsünün ilk qolunun müəllifi “Zirə”nin nigeriyalı futbolçusu Viktor İqbekoyi olub. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, uzun müddətdir ki, Azərbaycanda çıxış edən legioner sabiq klubu AZAL-ı matçın 5-ci dəqiqəsində cəzalandıraraq, cari çempionatın tarixinə düşüb. Viktorun qolu “Zirə”nin Premyer Liqada ilk qələbəsini qazanması ilə də əlamətdar olub. Qeyd edək ki, ötən mövsümün ilk qolu da AZAL-ın qapısından keçib. Həmin vaxt AZAL-ı “Xəzər Lənkəran”ın hücumçusu Rauf Əliyev cəzalandırıb.
559951504739

ΛŔZƱ QaSiMoV

“Qəbələ” klubu futbolçusu Cavid Hüseynovun adının “Panatinaikos”la Avroliqanın pley-off oyunu üçün UEFA-nın iştirak ərizəsinə salınmasına aydınlıq gətirib. Qol.Az-ın xəbərinə görə, klub özünün rəsmi Facebook səhifəsində bildirib: "Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni C.Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib”.
559951504739

ΛŔZƱ QaSiMoV

Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” bununla əlaqədar olaraq, II turda “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Rəvan” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” – “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II tur “Rəvan” – “Qarabağ” kimi, ikinci dövrənin X turunun matçı “Qarabağ” – “Rəvan” kimi qeydə alınıb. Qeyd edək ki, II turun “Rəvan” – “Qarabağ
559951504739

ΛŔZƱ QaSiMoV

Topaz Premyer Liqasının II turunun oyun cədvəlində dəyişiklik edilib. Canlı yayımla əlaqədar olaraq, “İnter” – “Neftçi” matçı 15 avqust 2015-ci il tarixindən, 17 avqust 2015-ci il tarixinə keçirilib. - See more at: http://www.pfl.az/news/4594/#sthash.JjOP55cP.dpuf
559951504739

ΛŔZƱ QaSiMoV

Topaz Premyer Liqasının II turunun oyun cədvəli müəyyənləşib. Turun oyunları 3 gün ərzində reallaşacaq. 15 avqust (şənbə) “Rəvan” – “Qarabağ” “Bayıl Arena”, 21:00 AZAL – “Qəbələ” “AZAL Arena”, 21:00 16 avqust (bazar) “Sumqayıt” – “Xəzər Lənkəran” “Kapital Bank Arena”, 21:00 “Kəpəz” – “Zirə” Gəncə şəhər stadionu, 18:30 17 avqust (bazar ertəsi) “İnter” – “Neftçi” “İnter Arena”, 21:00 - See more at: http://www.pfl.az/news/4596/#sthash.qQmVCoQY.dpuf
Показать ещё